Azərbaycanda reallaşdırılan ən böyük neft layihəsinin - "Əsrin Müqaviləsinin" operatoru olan BP şirkəti Azərbaycanda “EY ilin iş adamı” proqramına dəstək verir.
FED.az xatırladır ki, sahibkarlar üçün dünyanın ən nüfuzlu biznes mükafatları proqramı olan, EY tərəfindən təsis edilmiş bu müsabiqə Azərbaycanda ilk dəfə keçirilir.
“EY İlin İş Adamı™” müsabiqəsi sahibkarlara böyük - İMKANLAR YARADACAQ - MÜSAHİBƏ
BP yerli kiçik və orta sahibkarlığın inkişafına yardım etməklə bağlı götürdüyü uzunmüddətli öhdəliyinin bir hissəsi kimi bu müsabiqəyə qoşulub. Öz tərəfdaşları ilə birlikdə BP 2007-ci ildən etibarən yerli sahibkarlar üçün milyonlarla dollar dəyərində olan bacarıqların inkişaf etdirilməsi proqramını maliyyələşdirir.
BP-nin AGT regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “On ildən çoxdur ki, tərəfdaşlarımızla birlikdə biz yerli şirkətlərin inkişaf etdirilməsinə dəstək oluruq və bizim “Sahibkarlığın İnkişafı Proqramı”nda iştirak etmiş yüzlərlə şirkətin müstəsna inkişafını görməkdən qurur duyuruq. Bu şirkətlərdən çoxu hazırda qlobal miqyasda rəqabət aparacaq səviyyədədir və Azərbaycandakı əməliyyatlarımızda və layihələrimizdə milyonlarla dollar dəyərində müqavilələr qazanıblar.
Beynəlxalq Bankın dəstəyi ilə ölkəmizdə ilk dəfə - İLİN İŞ ADAMI SEÇİLƏCƏK
Yerli təchizat zəncirinin inkişaf etməsinə yardım etmək üçün göstərdiyimiz səylər EY şirkətinin “İlin iş adamı” proqramının məqsədinə tam uyğundur. Bu proqram Azərbaycanda ilk dəfə olaraq şəxsləri və ya şirkətləri sahibkarlıq sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatla təltif edəcək. EY şirkətinə bu nüfuzlu müsabiqəyə qoşulmaq üçün yaratdığı imkana görə təşəkkür edirik və dünyanın müxtəlif yerlərindən seçilən ən yaxşı iş adamları arasında Azərbaycanı təmsil edən şəxsləri də görəcəyimizə ümid edirik.”
Azərbaycanda “EY İlin İş Adamı™” - PROQRAMI BAŞLANDI
Xatırladaq ki, BP və tərəfdaşları Azərbaycanda yerli biznesin inkişafına dəstək olmaq öhdəliyi götürüb. BP və tərəfdaşlarının təsis etdiyi və maliyyələşdirdiyi Sahibkarlığın İnkişafı Proqramının (SİP) məqsədi yerli şirkətlərin öz bacarıq və imkanlarını təkmilləşdirməsinə və beynəlxalq standartlara cavab verməklə regional və qlobal miqyasda öz rəqabət qabiliyyətini artırmasına yardım etməkdir. Proqram həmçinin BP və tərəfdaşlarının Azərbaycanda və regionda öz müqavilələrində istifadə edilən yerli resursların artırılmasına yönəlmiş səylərinə dəstək verir.
Dövriyyəsi 1 - 30 milyon manat olan şirkətlərin diqqətinə!
2007-ci ildə SİP fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sonunadək BP və tərəfdaşları 2000-dən çox şirkətin inkişafına dəstək olmaq üçün 8 milyon dollar vəsait xərcləyib və bu vaxtadək həmin şirkətlərdən 280-i bütün proqramı tamamlayıb. Nəticədə, bu şirkətlərin əksəriyyəti BP-nin Azərbaycandakı müqavilələri də daxil olmaqla yüz milyonlarla dollar dəyərində beynəlxalq müqavilələr əldə edə biliblər.