“BP Group” şirkətinin Direktorlar Şurasının sədri Helge Lund Bakıya ikigünlük işgüzar səfər edib.
Bu barədə FED.az-a “BP Azerbaijan”dan bildiriblər.
Eləcə də bax: "BP" şirkəti Şəfəq-Asiman qazma layihəsiylə bağlı ictimaiyyətlə - GÖRÜŞ KEÇİRƏCƏK
Məlumata əsasən, bu ilin yanvar ayında vəzifəyə təyin olunmuş H.Lund BP-nin aparıcı biznes regionları ilə tanış olur:
“Lundun səfər proqramına “BP Azerbaijan”ın rəhbərliyi və əməkdaşları işə görüşlər daxildir. Bu görüşlər zamanı o, BP-nin regiondakı biznesinin bütün aspektləri barədə məlumat alıb”.
Şirkətdən bildiriblər ki, bu gün H.Lund nazirlərlə və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirir.
Trend