Azərbaycanda yeyinti məhsulları istehsalçısı olan “Milla”nın Baş direktoruna (CEO) yeni müavin təyin edilib.
Eləcə də bax: “Günay Sığorta”ya yeni təyin olunmuş sədr də işindən uzaqlaşdı
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Milla” brendinin sahibi “AZ FB Co. LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyətinə üzv/Baş direktor müavin kimi Elçin Əliyev təyin edilib. E.Əliyevin şirkət rəhbərinə müavin kimi artıq noyabrdan start verilib.
Eləcə də bax: İmişli Şəkər Zavoduna rəhbərlik yenidən azərbaycanlıya - Həvalə Olunub
O, bundan öncə dünyaca tanımış “Ernst&Young” audit və konsaltinq şirkətində Zəmanət meneceri kimi çalışıb.
“AZ FB Co. LTD” – 2006-cı ildə dövlət qeydiyyatına alınıb, hazırda 10.98 mln manat (10 978 038 manat) nizamnamə kapitalına sahib olan şirkətdir. Şirkət Abşeron r-nun Hökməli qəsəbəsində hüquqi olaraq oturum alıb. Əsasən yeyinti məhsulları istehsalı ilə məşğuldur. 2013-cü ildə Prezident İlham Əliyevin bu şirkətin Hökməlidəki zavodunu ziyarət edərkən 45 mln. manatlıq investisiya hesabına bu proyektin hazır olunduğu qeyd edilirdi.
Şirkətin Baş direktoru (CEO) Qabil Əhədovdur.