Emin Bağırov daşınmaz əmlak idarə edən şirkətlərdən olan "Prime Estates" MMC-nin direktoru vəzifəsinə təyin edilib. FED.az xəbər verir ki, əvvəllər o, "Bank Avrasiya" ASC-nin səhmdarı olan "Azbizneskom" şirkətini idarə edib.
Bundan öncə şirkətə Fərid Musayev rəhbərlik edib. O həm də "PMD Group" MMC İdarə Heyətinin sədr müavini vəzifəsini tuturdu.
"Prime Estates" MMC 2017-ci ilin fevral ayında 17,8 milyon manat kapital ilə yaradılıb.
© Contact