Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.
Eləcə də bax: Azərbaycanda üç yeni lombard şirkəti - YARADILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “Bi Cey Servisez Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva küçəsi, ev 16e, Time Business Center 8-ci mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət Azərbaycanda 1997-ci ildə qeydiyyata alınıb və qanuni təmsilçisi Zaur Allverdizadədir.