«Bosch» şirkəti qarşıdakı iki il ərzində 1600 nəfər işçisini ixtisar edəcək.
FED.az xəbər verir ki, söhbət Almaniyanın Feuerback və Schwierberdingen şəhərlərindəki avtomobil hissələri zavodundan gedir. İxtisarın səbəbi dizel və benzinli avtomobillərə marağın azalmasıdır.