15 iyul 2025-ci il saat 12.00-da “Boradigah çay-2’’ ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Masallı rayonunun Boradigah qəsəbəsində “Boradigah çay-2’’ ASC-nin yerləşdiyi ünvanda baş tutacaq.
Yığıncağın gündəliyi:
1. “Boradigah çay-2” ASC-nin maliyyə məsələlərinin müzakirəsi.
2. Digər məsələlər.
Telefon: 050-537-04-08.
Qeyd edək ki, "Boradigah çay-2" ASC 25.05.2001 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həmidov Emin Nayıb oğludur.
Şirkət Masallı rayonu, Boradigah ştq, Təbriz küçəsi, ev 16 ünvanında qeydiyyatdadır və nizamnamə kapitalı 698,796 min manatdır.