Bu yaxınlarda Bakıda açılan "Bona Dea International" hospitalı iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.
"Bona Dea Medikal" və "Bona Dea" şirkətlərindən başqa, Faiq Becan oğlu Əliyev "Palitra" MMC, "Riva-İnşaat" MMC, "Riva" MMC, "Makro Qrup" MMC və "Format Qrup" MMC-nin təsisçisidir.
"Riva-İnşaat" MMC "SOCAR Petroleum"un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra" MMC "Port Baku", "SOCAR Tower", "White City Head Office" və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib.
Qeyri-rəsmi məlumatlara görə, hospitalın tikintisini SOCAR dövlət şirkəti maliyyələşdirib. Ancaq bu, təsdiqini tapmayıb.
Eyni zamanda sosial şəbəkələrdəki materiallara görə, bu super müasir kompleksin tikintisini UNICO firması həyata keçirib. Bu şirkət Bakıda Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası, Port Baku-da BP şirkətinin ofisi, Su Mərkəzi, Kristal zal və digər mühüm obyektləri inşa edib. Obyektin qiyməti açıqlanmır.
Contact.az