15.04.2025-ci il tarixində saat 11:00-da “Boa Agency” ASC-nın səhmdarların ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, iclas Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) baş tutacaq.
İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:
1. 2024-cü ilin illik maliyyə nəticələrinin müzakirəsi.
2. Dividentlərin verilməsi məsələsinə baxılması.
3. ASC “Xalq” Bankında bərpa olunan kredit xəttinin açılması.
4. Digər məsələlər.
Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə etmək olar.
Əlaqə telefonu: (055) 747-80-80