06.10.2025-ci il tarixində saat 11:00-da “BOA Agency” ASC (VÖEN: 1501960111) səhmdarlarının ümumi yığıncağının iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında baş tutacaq.
İclasın gündəliyində isə aşağıdakı məsələlər durur:
1.2025-cü ilin 3-cü rübünün maliyyə nəticələrinin müzakirəsi.
2.Dividentlərin verilməsi məsələsinə baxılması.
3.Digər məsələlər.
Qeyd: Səhmdarlar və onların səlahiyyətli nümayəndələri Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iclasa azı 15 (on beş) gün qalmışdan başlayaraq, iş günləri saat 10:00-dan 17:00-dək Hüquq şöbəsində tanış ola bilər.
Əlaqə telefonu: (055) 747-80-80