"Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes üçün önəmlidir".
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanda Məsuliyyətli Biznes” adlı konfransda BMT-nin Qlobal Sazişinin BMT Münasibətləri və Tərəfdaşlıq üzrə Baş direktoru Angus Rennie bildirib.
Eləcə də bax: SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkətidir
Onun sözlərinə görə, dünya ölkələri dayanıqlı inkişaf planlarını qəbul ediblər: "Bu, çox böyük nailiyyət idi. 17 dayanıqlı inkişaf məqsədləri qəbul edilib. Biz 2030-cu ilə qədər bir sıra çağırışlara çatacağıq".
A.Rennie qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün antikorrupsiya tədbirləri təmin edilməlidir: "Şirkətlər bu məsələdə birgə çalışmalıdır. Bizə məsuliyyətli biznes lazımdır. Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes modellərini təklif edir".
O vurğulayıb ki, bizim əlavə planetimiz yoxdur ordan resurslar cəlb edək: "Milyonlarla cinslər dünyada məhv olur".