Bloomberg-in verdiyi məlumata görə, 2019-cu ildə dünyanın ən 500 ən varlı insanın sərvəti 25% artıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, qeyd edildiyi kimi, dünyanın ən varlı insanlarının sərvəti 5,9 trilyon dollar təşkil edir və bu, ötən il ilə müqayisədə 1,2 trilyon dollar çoxdur.
Amerikanın “Facebook” korporasiyasının rəhbəri Mark Zuckerberg və “Microsoft” korporasiyasının qurucusu Bill Gates də daxil olmaqla 172 amerikalı milyarderin sərvəti 500 milyard dollar artıb.