Aprelin 23-dən etibarən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün “Biznes planın hazırlanması” mövzusunda distant formada təlimlərə başlanılıb.
Eləcə də bax: KOBİA və Caspian European Club ilk onlayn - B2G FORUM TƏŞKİL EDİB
FED.az xəbər verir ki, təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat veriləcək. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar üçün mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes yaratmaq məqsədilə təlim çərçivəsində əldə etdikləri bilikləri biznes plan nümunələri üzərində praktiki tətbiq etmək imkanı yaradılacaq.
Aprelin 30-dək davam edəcək təlimdə iştirak etmək istəyən KOB-lar Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (+994 55 222-15-04, e-mail: [email protected] ).
Təlimdə iştirak ödənişsizdir.