Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupunun Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri ilə görüşü keçirilir.
FED.az xəbər verir ki, görüş çərçivəsində işçi qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, işçi qrupun üzvləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılır və müflisləşmə sahəsində qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verilir.
Görüşdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində işçi qrupu tərəfindən görülmüş işlər, hazırlanmış yeni normativ-hüquqi aktlara dəyişikliklər barədə layihələr səsləndirilir.