“Biznesin müflisləşməsi” işçi qrupuna yeni rəhbər təyin edilib.
FED.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupunun iclasında açıqlayıb.
Onun sözlərinə görə, bu vəzifəyə ədliyyə nazirinin müavini Abiddin Hüseynov təyin olunub. O, Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlını əvəz edib. (Report)