«İdeal» mağazalar şəbəkəsinin keçmiş sahibi və bu biznesinin əlindən şərikləri tərəfindən şantaj yolu ilə alındığını bildirən tanınmış iş adamı İlqar İsmayılovun «İdeal»ın indiki sahibləriə qarşı məhkəməsində yenilik var.
Eləcə də bax: Şirkətinin əlindən alındğını deyən “İdeal” təsisçisi - MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinə müraciət edən iş adamı cavabdeh «Adore Kompani» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «İdeal Kompani» MMC-nin hüquqi varisi olan «Adore Kompani» MMC-dən, «İdeal Kompani» MMC ilə iddiaçı arasında bağlanılmış 10.10.2014-cü il tarixli lisenziya müqaviləsi üzrə ödəməli olduğu 3,6 milyon manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216 min manat məbləğin və iddiaçıya dəymiş 600 min manat məbləğində zərərin tutularaq iddiaçıya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.
Hakim Əliyeva Leyla Rauf qızınin sədrliyi ilə baxılan məhkəmə prosesində məlum olub ki, iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılana qədər iddiaçının nümayəndəsi Gülnar Qulizadə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edib. Başqa sözlə, iddiaçı ərizəsini geri götürüb. Bu ərizəyə əsasən Mülki Prosessual Məcəllənin 152.1.9 maddəsinə əsasən iddia geri qaytarılıb.
İş adamı İlqar İsmayılov FED.az-a bildirib ki, onun nümayəndəsinin iddia ərizəsi ilə bağlı məhkəməyə müraciəti və iddia ərizəsinin geri alınması, qətiiyyən iddianın geri götürülməsi deyil: «Sadəcə həmin ərizədə bəzi qoşma sənədlər tələb olunurdu və onları əlavə etmək üçün bu addım atılıb. Bu məhkəmə ilə yanaşı, başqa 5 halla bağlı iddia ərizəmiz var və icraaatdadır. O cümlədən «Premium bank»a qarşı iddiamıza Nərimənov rayon məhkəməsində baxılır».
Xatırladaq ki, İlqar İsmayılov «İdeal» şirkətindəki şərikləri, eləcə də «Premium Bank» rəhğərliyini onun adına saxta yolla 5 milyon manat kredit yazmaqda və guya bu krediti qaytarmadığına görə, həbs etdirərək şantaj etməkdə ittiham edirdi. İş adamı bildirirdi ki, bu prosesdə onun imzası saxtalaşdırılaraq adına saxta kredit müqaviləsi təqdim edilib. «Premium Bank»ın rəhbərliyi bu iddiaları təkzib edir.