“İlkin tədbirlər paketi zamanı pandemiya dövründə kreditlərə dair güzəştlər verilməsi məqsədəuyğun hesab olunmuşdu. Bu məsələnin bank sektoru və özəl sektor arasında əməkdaşlıqla həllini tapması yaxşı olardı”.
Eləcə də bax: Bu rayonlara da 190 manatlıq yardım veriləcək - SİYAHİ
FED.az "apa"ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisinin sözlərinə görə, ola bilər ki, gələcəkdə dövlət də bu istiqamətdə paketlərə baxsın: “Ancaq hazırda belə paketə baxılmır”.