Yaxın gələcəkdə dünya biznesi öz fəaliyyətini müştərilərin zövq və davranışlarına uyğunlaşdırmalı olacaq. FED.az xəbər verir ki, bunun səbəbi dünyadakı demoqrafik vəziyyət və millenialların sayının sürətlə artmasıdır. Milleniallar və ya Z nəsli - 2000-ci ildən sonra dünyaya gələn və şərti olaraq yeni minilliyin insanları adlandırılan təbəqədir.
«Bloomberg»in məlumatına görə, 2019-cu ildə millenialların sayı dünya əhalisinin 32%-ə çatacaq və onlar bu göstəriciyə görə, digər nəsilləri geridə qoyacaqlar.
Analizdə yazılır ki, 2001-ci ildən sonra dünyaya gələn milleniallar və ya Z nəslinin üzvləri əvvəlki nəsillərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənirlər.Belə ki, «Onlar yalnız rəqəmsal dünyayı tanıyırlar və "terrorla mübarizə" və qlobal tənəzzül dövründə böyüyüblər».
Araşdırmalar göstərir ki, milleniallar 1980-ci ildən 2000-ci ilə qədər doğulmuş insanlardan (Y nəsli) daha xoşbəxt və daha optimistdirlər. Bu fərqlər özünü millenialların səsvermədə iştirakı və maliyyə qərarları verməyə başlamasından sonra daha ciddi göstərəcək.