Gərgin həyat, gündəlik stress və həllini gözləyin yüzlərlə problemlər insanlara yatanda da rahatlıq vermir. Dünyada rahat yata bilməyən amma bunu arzu edənlərin sayı sürətlə artır. Bu, təkcə tibbi problem deyil – rahat yuxu həm də gəlirli biznes üçün yatırım sahəsidir.
FED.az xəbər verir ki, yarımçıq yuxu yatmaq fiziki və psixoloji cəhətdən ciddi insan itkiləri ilə nəticələnir. Eləcə də iş məhsuldarlığının azalması səbəbi ilə iqtisadi zərərə də səbəb olur. Bu böyüyən problemin cavabı çox milyardlıq yuxu və sağlamlıq iqtisadiyyatıdır. Bu iqtisadiyyat isə həm özəl investorlar, həm şirkətlər, həm də sadəcə rahat yatmaq istəyənlər üçün geniş investisiya imkanları açır.
Yuxusuzluğun qiymətini bilirikmi?
Yuxusuzluq və ya doyunca yatmamaq dedikdə 7 saatdan aşağı yuxu başa düşülür. Bu vəziyyət yuxunun pozulmasının, narkolepsiyanın, apnoe və narahat ayaqlar sindromunun nəticəsi ola bilər. Cavabında yuxusuzluğun özü də yeni problemlərə yol açır:
1) Dərhal sağlamlıq və iş qabiliyyəti ilə bağlı problemlər yaranır,
Bura koqnitiv funksiyaların pozulması, səhhət üçün xroniki problemlərin yaranması, eləcə də yüksək təzyiqin olması aiddir.
Bundan başqa, doyunca yatmamaq səbəbindən sağlamlıqda yaranan problemlər inçilərin işdən qalmasına və ya «işdə olması»na (yəni işə əlil və ya xəstə vəziyyətdə gəlməsinə) səbəb olur.
2) Yuxuya da investisiya etmək olarmış
Yuxusuzluğun psixi, fiziki və iqtisadi zərərlərini hamıdan əvvəl amerikalılar başa düşüb. Nəinki başa düşüblər, hətta bundan qazanmağa da başlayıblar. ABŞ-ın əmək nazirliyinin yuxu ilə bağlı apardığı araşdırmaya görə, 2005-ci ildən 2020-ci ilədək olan dövrdə orta amerikalı yuxu vaxtını təqribən 17 dəqiqə artırıb. Amma bu hələ başlanğıcdır. İndiyədək 100 milyon nəfər amerikalı hələ də doyunca yata bilmək arzusundadır.
3) İşgüzar imkanların geniş siyahısı açılır
Sağlam yuxu ətrafında istehsalçıların, satıcıların, tibbi xidmət istesalçılarının və əczaçıların ümumi bir sistemi yaranıb. Onlar amerikalılara yaxşı yatmaq üçün çoxsaylı xidmət və ya dərmanlar satırlar. Ümumilikdə ABŞ-da yaxşı, sağlam yataq sənayesinin ümumi həcmi 30-40 milliard dollardır və sürətlə də artmaqdadır.
Sağlam yuxu istehlakçılara və investorlara yönəlik şirkətlər üçün geniş imkanlar açır. Bunun səbəbi ondadır ki, sağlam yuxu problemini 3 yolla həll etmək olar:
Yataq otağının rahatlaşdırılması
Yataq otağının rahat yuxu üçün məkana çevrilməsi üçün çoxsaylı imkanlar var. Bu imkanlar ümumi bazar həcmi 8 milyard dollar olan rahat matraslardan başlayaraq, bir neçə milyardlıq bazarı olan yataq dəstlərinə qədər ən müxtəlif məhsulları əhatə edir.
Bu sahədə maraqlı yenilik ondadır ki, son vaxtlar sayı sürətlə artan startaplar döşək istehsalına ciddi təsir edib. Məsələn, yeni döşəkağılar daha yaxşı hava keçiriciliyini təmin edir, nəmi isə özünə çəkir.
Bundan başqa, yataq otağı ilə məşğul olanlar müştərilərə rahat yuxu üçün bütün yataq otağını yenidən qurmağı təklif edirlər. Məsələn burada qalın pərdələr, səsuducu qurğular, hava nəmləndiriciləri və termostatlar olmalıdır. Bu qurğular otağı avtomatik olaraq sərinlədirlər ki, otağın temperaturu yuxu zaman insanın bədəninin temperaturunun enməsinə uyğunlaşdırsınlar.
Yuxuya hazırlıq ayrıca bir sahə imiş
Valideynlərin əksəriyyəti uşağın yuxuya hazırlaşması üçün hansı ardıcıllığa əməl etmək lazım olduğunu bilirlər. Amma son illər növbə böyüklərə çatıb. Getdikcə daha çox ekspert bildirir ki, böyüklər də yuxuya hazırlaşmalıdırlar. Bu proses mətbəxdə kofeinsiz çay içməkdən (bu bir bazar), ya da qonaq otağında meditasiyadan (növbəti bazar) başlaya bilər. Növbəti mərhələ vanna otağındadır - burada sağlamlıq və gözəllik məqsədilə sakitləşdirici vasitələrdən (növbəti bazar) istifadə etmək olar.
Yataq otağında isə bizi yuxunu səmərəli idarə etmək üçün vasitələr gözləyir. Bura mobiltelefonlar üçün tətbiqlər, insanları yuxu tsiklinə uyğun vaxta oyadan intellektual qurğular və sair gözləyir.
Bəzi istehsalçılar isə sakitləşdirici texnologiyaları hətta geyimlərə, məslən pijamalara yerləşdirirlər.
Yuxusuzluğun qarşısını almaq üçün terapevtik üsullar
Yuxusuzluq problemini təkcə bir fincan çay və ya rahat geyimlə həll etmək mümkün deyil. bəziləri üçün bu ciddi sağlamlıq problemidir. İl ərzində yuxusuzluqdan müalicə üçün milyonlarla amerikalı həkimlərə müraciət edir. Təkcə ABŞ-da yuxusuzluğa qarşı reseptlə yazılan dərmanların bazarı 1 milyrd dollardan artıqdır. Reseptsiz vasitələr isə bunun təqribən yarısı qədərdir.
Eləcə də natural və hemopatik preparatların satışları artmaqdadır. Yuxu ilə bağlı daha ciddi problemi olanlar isə peşəkar diaqnostika və müalicə üçün müraciət edirlər. Məsələn ABŞ-da bütün ölkədə 2800 yuxu laboratoriyası var. Bunlar öz sahiblərinə ildə 7 milyard dollar gətir gətirirlər, qarşıdakı 5 ildə bu məbləğin 10 milyard dollara çatacağı gözlənilir.