JTI (Japan Tobacco International) işçilər üçün yaratdığı mükəmməl şəraitə görə 2019-cu ildə yenidən Azərbaycan, Avropa, Asiya-Sakit Okean bölgəsi və qlobal miqyasda “Ən yaxşı işəgötürən” seçildi. Azərbaycanda JTI “Ən yaxşı işəgötürən” adını qazanmış yeganə şirkətdir.
Japan Tobacco International, yaxud sadəcə JTI nəhəng beynəlxalq tütün korporasiyasıdır. Bütün dünyada, eləcə də Azərbaycanda tanınan Sobranie, Winston, Camel, LD, Winchester və More, kimi brendlərin qlobal istehsalçısıdır. İndi məlum olur ki, burada çalışan 45 000 nəfər təkcə biznesin inkişafı uğrunda işləmir, həm də dünyanın ən yaxşı iş yerində çalışmaqdan zövq alırlar.
Ən yaxşı iş yeri necə olmalıdır? Buna necə nail olmaq mümkündür? FED.az JTI şirkətinin Azərbaycan üzrə Ölkə meneceri Andrey Palitko ilə şirkət haqqında söhbətləşib.
- Cənab Palitko, əvvəlcə özünüz haqqında məlumat verərdiniz. Azərbaycandakı ənənəvi sual: haralısınız? Və JTI şirkətinə qədər hansı işlərdə çalışmısınız?
- Mən Belarus vətəndaşıyam. 2004-2009-cu illərdə Nestle şirkətində satış və distribusiya şöbəsində müxtəlif rəhbər vəzifələrdə çalışmışam. JTI şirkətinə 2010-cu ildən qoşulmuşam, həmin ildən əsas müştərilər üzrə menecer vəzifəsində işləməyə başladım. Karyeramı Belarus bazarında satış departamentində davam etdirərək Satış şöbəsinin rəhbəri vəzifəsinə qədər irəlilədim. 2017-ci ilin aprel ayında Azərbaycan ofisinin rəhbəri vəzifəsinə təyin edilmişəm. Azərbaycan İdarə Heyətinin 7 üzvü, ümumilikdə isə 70-ə yaxın işçimizlə birlikdə çalışırıq.
- Cənab Palitko, bizə “Ən yaxşı işəgötürən” mükafatı haqqında ətraflı məlumat verə bilərsinizmi? Bu mükafatı qazanmaq üçün hansı meyarlara uyğun olmaq lazımdır?
- “Ən yaxşı işəgötürən” seçilən təşkilatlar insanlara önəm verən proqressiv insan resursları praktikaları ilə işçilər üçün ən yaxşı iş mühiti yaradan qurumlardır. Bu qlobal sertifikasiya proqramı çərçivəsində beş qitədə yerləşən 115-dən çox ölkədə / regionda 1300-dən çox “Ən yaxşı işəgötürən” qurum seçilmişdir.
Müstəqil insan resurslarının sertifikasiyası qurumu olaraq “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) qlobal ən yaxşı insan resursları praktikaları sorğusu vasitəsilə iştirakçıları qiymətləndirir. “Ən yaxşı işəgötürən” seçilmək istəyən qurumlar “Top Employers Institute” tərəfindən müəyyənləşdirilmiş minimum tələblərə cavab verməlidir.
- Ən yaxşı işəgötürən müəyyən ediləndə hansı məsələlər araşdırılır?
- Ən yaxşı insan resursları praktikası sorğusuna aşağıdakı 10 mövzu üzrə 600 insan inkişafı praktikasını əhatə edən 100-dən çox sual daxildir: istedad strategiyası, işçi qüvvəsinin planlaşdırılması, istedadların əldə edilməsi, yeni işçilərin adaptasiyası, öyrənmə və inkişaf, fəaliyyətin idarə edilməsi, liderliyin inkişafı, karyera və ardıcıllığın idarə olunması, kompensasiya və müavinətlər və korporativ mədəniyyət. “Top Employers Institute” bu insan resursları praktikalarının tətbiq edilməsini qiymətləndirir və onların strategiya, sahiblik, praktika, ölçmə və texnologiya vasitəsilə dəstəklənməsini nəzərdən keçirir.
- Bilirik ki, JTI şirkətini həm də Join the Idea adlandırırlar. Bunun səbəbi nədir?
- İnsanlar kimi böyük beynəlxalq korporasiyaların da keçmişi, hazırkı dövrü və gələcəyi, habelə öz dünyası, dəyərləri və ideologiyası var. Şirkət bütün bunlarla fəxr edir, onları genişləndirir və təkmilləşdirməyə çalışır.
Bir müddət əvvəl şirkətimizdə çalışan gənc nəslin nümayəndələri JTI üçün alternativ və müasir ad fikirləşdilər: “Join the Idea” və ya İdeyaya Qoşul. Şirkət davamlı şəkildə istedadlı şəxsləri axtarır. Bu axtarış və işəgötürmə prosesi müasir və şəffaf metodlara əsaslanır. Şirkətin yüksək texnologiyalı karyera platforması olan Jobs.jti.com istedadlı gənclərə və peşəkarlara yeni imkanlar təklif edir. JTI-da iş böyük məsuliyyət tələb edir, çünki işçilər şirkətin uğurunun əsasını təşkil edir. İnsanlarımız JTI-ı düzgün istiqamətdə - inkişafa doğru aparırlar. Buna görə də, işçilərimizin rəyləri və fikirləri şirkət üçün böyük əhəmiyyət daşıyır. Burda hər kəs bilir ki, əldə edilə bilməyən məqsəd, eləcə də işçilər və şirkətin xeyrinə həyata keçirilə bilməyən ideya yoxdur.
İstedadlı gəncləri müəyyənləşdirmək üçün digər maraqlı layihələrlə yanaşı JTI-da Təlim proqramıdır. Bu proqram tələbələrə real və çox maraqlı beynəlxalq layihələr üzərində işləmək imkanı yaradır. Rəqəmlər proqramın uğurlu olduğunu göstərir: təlim proqramında iştirak edənlərin 70%-i JTI şirkətində işə düzəlirlər.
- Yaxşı iş yeri dedikdə ilk növbədə işçilərə verilən əmək haqqı və sosial paket göz qabağına gəlir. Sizdə bu məsələ necədir?
- Əlbəttə ki, konkret rəqəmlər açıqlaya bilmərik, bizim və əməkdaşlarımızın kommersiya sirridir. Amma deyə bilərəm ki, şirkətimiz başqaları ilə müqayisədə daha yaxşı kompensasiya və müavinətlər təklif edir. İşçilərimiz, onların ailə üzvləri və qohumları üçün tibbi sığorta paketi, habelə şirkətdə mövcud illik mükafat sistemi ilə yanaşı orijinal və irimiqyaslı layihənin icrası üçün verilən Xüsusi nailiyyət mükafatı da var.
- Siz öz əməkdaşlarınız üçün hansı proqram və layihələr həyata keçirirsiniz?
- Əgər siz çalışqansınızsa, öz komandanızı yaxşı idarə edə bilirsinizsə, öz potensialınızdan lazımi qaydada istifadə edə bilirsinizsə və hər gün şirkət üçün daha çox iş görə bilirsinizsə, siz Ekstra mil mükafatı qazanacaqsız.
- Cənab Palitko, işçiləri necə motivasiya və inkişaf etdirirsiniz?
- Baxın, “Güc birlikdədir” şüarı şirkətin uğurlara can atdığını göstərir. Bu, istedadların yarışıdır. JTI üçün istedad ən mühüm fenomendir. Bu sadə söz istedadlı, çalışqan və perspektivli fərdlərə aiddir və şirkət də onların inkişafı üçün böyük və qarşılıqsız sərmayələr qoyur.
Yeni işçinin macərası şirkətdə işə başladığı ilk gündən başlayır. Mənim istedad səyahətim – şirkətin istedadların inkişafı üçün istifadə etdiyi konsepsiyadır. Bəs JTI-da səyahət dedikdə nə başa düşürük? İlk növbədə sizin məqsədləriniz müəyyən edilir və potensialınız qiymətləndirilir. Müasir qiymətləndirmə metodları və vasitələri cari və ya daha yüksək yeni vəzifədə işin daha səmərəli yerini yetirilməsi üçün bilik və hazırlıq sahələrini müəyyənləşdirir. Hər bir işçimizin karyerası aydın və şəffaf şəkildə planlaşdırılır və ona görə də hər şey işçinin istək və səylərindən asılı olur.
- Yəqin ki, hamını düşündürən məsələ - işçilərə pulsuz təhsil verirsiniz?
- Bəlkə də, istedadların inkişafı üçün ayrıca akademiyası olan şirkət tapmaq çətindir. JTI şirkətinin Yerli Karyera Yolu (YKY) Akademiyası potensialı yüksək olan işçiləri gələcəkdə rəhbər vəzifələrə hazırlamaq üçün bir illik təlim və öyrənmə kursu təklif edir. Kursa liderlik, insanlarla ünsiyyət və menecment bacarıqları, inandırma məharəti dərsləri daxildir. Bacarıqlı müəllimlərin nəzarəti ilə fərdi və qrup məşğələləri keçirilir. Akademiyanın tələbələri şirkət üçün uzunmüddətli perspektivdə çox faydalı olacaq yeni və qeyri-adi baxış və ideyalar əldə edir.
- Bu akademiya harada yerləşir?
- Yerli Karyera Yolu (YKY) Akademiyası Tiflisdə yerləşir və tədris müddəti də bir ildir. YKY Akademiyasının tələbəsi olmaq çox nüfuzlu bir imtiyazdır belə ki, bu, sizə şirkətin biznesini tamamilə fərqli perspektivdən öyrənmək imkanı verir. YKY Akademiyasının məzunlarının 80%-i kursu bitirdikdən sonrakı bir il ərzində vəzifələrində irəli çəkilirlər.
- Bəs menecerlər üçün hansı proramlar var?
- Məsələni bir qədər də sadələşdirək - JTI-nin böyüyüb inkişaf etməsi öz işçilərinin inkişafı ilə düz mütənasibdir. Ona görə də, işçilərə sərmayə qoymaq şirkətin ən mühüm strateji qərarıdır. Digər maraqlı layihə İnkişaf etdirən menecer layihəsidir. Menecerlər öz komandalarına rəhbərlik etmək və onları inkişaf etmək yollarını, eləcə də motivasiya, əks-əlaqə, təlim və karyera planlaşdırması bilikləri öyrənirlər. Nəticədə, şirkət hazırlıq və məqsədyönlü konstruktiv əsk-əlaqə vasitəsilə komanda ruhunu gücləndirən həssas menecerlər qazanır. Bu, şirkətdə istedadların inkişafı yoludur.
- Bəs müvəffəqiyyət qazanan işçi yüksək vəzifə tutanda nə qazanır?
- Bu halda şirkət belə işçiləri Harvard, Aşric və London iqtisadiyyat məktəblərinə və digər aparıcı universitetlərə göndərir və onlara orada dünyanın ən tanınmış professorları dərs keçir.
Nəhayət, digər bir maraqlı layihə olan Sağlam yaşa layihəsini qeyd etmək istəyirəm. Bu layihə sağlam həyat tərzini, eləcə də işçinin müraciətlərinə əsasən peşəkar məsləhətləri (uşağa qayğı, ilk tibbi yardım, allergiyanın profilaktikası, sağlıq qida və bir çox digər kurslar) əhatə edir.
«Biz ən yaxşı işəgötürən şirkətik» - MÜSAHİBƏ
12:40
19 Fev 2019