Dünyanın hələlik ən böyük kriptovalyutası sayılan bitkoin ucuzlaşır.
FED.az xəbər verir ki, kriptovalyuta ötən gün daha 7% itirərək 7469 dollara düşüb.
Eləcə də bax: Azərbaycanda bitkoin ferması açılacaq - AÇIQLAMA
Ümumiyyətlə, bu bitkoinin son 4 ayda ən aşağı qiymətidir.
Bitkoin təkcə son 80 gün ərzində – avqustun 6-dan indiyəədək 40%-ə yaxın ucuzlaşıb. Avqustun 6-da 12 245 dollara satılan bitkoinin qiymətində az qala 5 min dollara yaxın azalma var. Hazırda bitkoinin bazar kapitalizasiyası 134 milyard 532 milyon 947 min dollardan çoxdur. Bitkoinlə yanaşı digər məşhur kriptovalyutalar da ucuzlaşmaqdadır.
Bitkoinin son vaxtlar belə sürətli ucuzlaşmasının səbəbi onun yeni rəqibinin peyda olmasıdır. Xəbər verildiyi kimi, dünyanın ən böyük sosial şəbəkəsi olan «Facebook» özünün kriptovalyutasını «Libra»nı buraxmağa hazırlaşır.
Yeni rəqəmsal valyuta bitkoinlə müqayisədə bir sıra üstünlüklərə malikdir.
Sahibi bilinməyən Bitkoinlə müqayisədə «Facebook»un dəstəklədiyi «Libra» daha etibarlı və güvənli görnünür.
Bundan başqa, əgər bitkoin almaq üçün müxtəlif onlayn birjalara müraciət etmək tələb olunursa və burada fırıldaqlarla rastlaşmaq riski varsa, «Facebook»un təqdim etdiyi sxemdə (hələ tətbiq edilməyib, layihə kimi açıqlanıb) istənilən şəbəkə istifadəçisi asanlıqla «Libra» ala biləcək, bu zaman ortaya çıxan risklərə isə şəbəkə özü məsuliyyət daşıyacaq.
Hələlik yalnız bu üstünlüklərinə görə, «Libra»nın istifadəçilərə çıxış imkanı və ona maraın daha yüksək olacağı görünür. Bitkoin də məhz bu səbəblərdən qiymət itirməyə başlayıb.
Hərçənd «Facebook» öz kriptovalyutasını buraxmaq üçün ABŞ-ın tənzimləmə qurumlarının razılığını almalı olacaq. Qurumun rəhbəri ABŞ konkresmenlərinin çoxsaylı suallarına cavab verməli olub.