Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti son gündər kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, bitkoin son bir həftə ərzində 18%-dən ucuzlaşaraq 8 531 dollardan 6 955 dollara enib. Sonuncu qiymət dünən, noyabrın 22-də axşam qeydə alınıb. Ondan sonra qiymətdər bir qədər artaraq 7200 dollar ətrafında dəyişir.
Eləcə də bax: Bankirdən məsləhət: «Amazon»un səhmlərini satıb - BİTKOİN ALIN»
Maraqlıdır ki, cəmi bir ay əvvəl kriptovalyuta Çin rəhbəri Si Tzinpinin bəyanatından sonra kəskin bahalaşmışdı. Belə ki, Çin rəhbərinin bitkoinin vacibliyi barədə bəyanatından sonra oktyabrın 25-də bitkoinin qiyməti 7500 dollardan 9800 dollara yüksəlmişdi. İndi isə bitkoin 7200 dollar ətrafındadır və bu 2019-cu ilin may ayından bəri ən aşağı qiymətdir.
Bloomberg qeyd edir ki, bu ilin pprelindən bəri ilk dəfədir ki, bitkoin orta qiymətdən aşağı düşür və 200 gün ərzində geri qayıda bilmir. «Bu onu göstərir ki, treyderlər bu prosesi bitkoini ucuz qiymətə almaq imkanı kimi deyil, əksinə bitkoinin zəifləməsini kimi qiymətləndirirlər. Bitkoinin aşağı düşməsi özü ilə «Etherium» (4,6%), «Litecoin» (-6%) və «XRP» (-4,9%) kimi kriptovalyutaları da aşağı aparıb», - deyə agentlik bildirir.
Ümumiyyətlə, son bir gün ərzində dünyanın ən populyar 100 kriptovalyutasından 87-si ucuzlaşıb, cəmi 13-ü bahalaşıb.