Bitkoinin qiyməti tarixində növbəti rekord vurub.
FED.az xəbər verir ki, bitkoin ilk dəfə 28 min dolları keçib.
İri şirkətlər də Bitkoin almağa başladı – 30 MİN DOLLARA QALXACAQ
Dünyanın kriptovalyuta bazarının əsas izləyicilərindən olan və 20-dən arntıq birjadakı qiymətlər üzrə orta qiyməti hesablayan CoinMarketCap portalının məlumatına görə, Bakı vaxtilə saat 15-də bitkoin sutka ərzində 13,15% bahalaşaraq 28 119 dollara yüksəlib.
Kriptovalyutaların satışı üzrə dünyanın ən böyük birjası sayılan «Binance» birjasında isə bitkoin 13,65% bahalaşaraq 28 090 dollara olub.
Amma sonradan qiymətlər bir qədər enib və hazırda bitkoin 27,2 min dollar ətrafında ticarət edilir.
Bu o deməkdir ki, ilin əvvəlindən bəri bitkoin 4 dəfə, mart ayından bəri isə 5 dəfədən çox bahalaşıb.