"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi mərhələli şəkildə fəaliyyətini bərpa edir.
Eləcə də bax: Azərbaycanda sahibkarlara ixracla bağlı tələb olunan - SƏNƏDLƏR VERİLİB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, bu barədə müvafiq əmri Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalayıb.
Qeyd edək ki, COVID-19 pandemiyası dövründə onlayn qaydada fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq "Məsafədən işin təşkil edilməsi" Qaydaları müəyyən edilmişdi. Qaydalara əsasən müvafiq dövlət qurumlarından ezam olunan əməkdaşlar arasında, habelə ixracatçılar arasında məsafəsi qorunmaqla həyata keçiriləcək.
Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işlərini həyata keçirir. Bu Mərkəzdə tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədəbiyyatın ixracına razılığı da buradan almaq olar.