Dünyanın ən böyük «Walmart» marketlər şəbəkəsi iki kiçik dəyişiklik etməklə illik büdcəsinə milyonlarla dollar qənaət edəcək. FED.az xəbər verir ki, şirkətin rəhbər köməkçisi və Baş Maliyyə İnzibatçısı (CFO- Chief Financial Officer) Brett Biggs “İnvestisiya Cəmiyəti Toplantı”sında deyib ki, şirkət bir neçə kiçik dəyişikliklər ilə böyük fərq yaradacaq.
“Business Insider” yazıb ki, şirkətin rəsmisinin sözlərinə, əsasən qarşıdakı bir neçə il içində bütün “Walmart” mağazalarındakı, hətta avtoparkinqdəki foresan işıqlandırma, LED ilə əvəzlənəcək: “Bu, dəyişiklik, təkcə ətraf mühit üçün deyil, maliyyə baxımından” Walmart” üçün də yaxşı olacaq”.
Baş Maliyyə İnzibatçısı qeyd edib ki, dildə bu şirkət üçün kiçik dəyişiklik hesab olunur, amma uzunmüddətli dövr üçün kompaniyanın enerji xərclərində 200 milyon dollar qənaət yaradacaq.
Brett Biggsin sözlərinə görə, təkcə işıqlandırmaya deyil, eyni zamanda təmizlik xidmətləri və təmizlik üçün alınan məhsullarda da dəyişiklik etməklə ciddi qənaət etmək mümkündür: “Walmart mağazlarında istifadə olunan döşəmə yuyucu vasitəsində dəyişiklik edilib. Bu vasitə ucuz olmaqla bərabər, eyni zamanda uzunmüddət dayanıqlıdır. Dəyişiklik bir neçə il içərisində şirkətin 20 milyon dollardan çox qənaət etməsinə kömək olacaq”, – deyə o, sözlərinə əlavə edib.