Amazon şirkətinin sahibi Jeff Bezos bir gün ərzində 1,15 milyard dollar qazanıb. FED.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin səhmlərinin dəyərinin artması hesabına 54 yaşlı iş adamı yenidən medianın gündəminə gəlib.
Hal-hazırda, Bezos-un varidatı Bloomberg tərəfindən 124 milyard dollar kimi qiymətləndirilir. Keçən ildən etibarən, o, dünyanın ən zəngin adamı hesab edilir (Forbes da bu fikri dəstəkləyir). Orada qeyd olunur ki, Amazon səhmlərinin dəyəri ilk dəfə olaraq 1,5 min dolları ötüb.
Bloomberg-in məlumatına əsasən, 91,6 milyard dollar və 86,2 milyard dollarlıq varidatla Bill Gates və Warren Buffet ikinci və üçüncü yerləri tuturlar.