Bir də deyir ki...
11:02
25 İyul 2019
Dedilər, gömrük şəffaflaşır, hər şeyi rəsmi eləsən, 8-10 faiz qabağa düşəssən, dedim nə yaxşı! Getdim, eksporta mal aparan bütün maşınlarımı keçirdim şirkətin adına. Bir neçə ay sonra vergilərdən çağırdılar ki, bu qədər meyvə vurursan xaricə, onu yığan adamlarla əmək müqavilən yoxdur, 100 min verməlisən... ağartmağa peşiman oldum... Başqası da deyir ki... Sərhəddə 15 qəpiklik meyvəni 80 qəpikdən hesablayıb rüsum alırlar, apardığımız ölkə də həmin qiymətlə idxal rüsumu alır... Nəticədə Azərbaycan məhsulu başqa ölkələrin eyni məhsullarından baha olur, eksport olunan məhsulların da ölkədə statistik dəyəri şişir... ...Və nə qədər ki, əsl günahkar olanların adı çəkilməyəcək, günahlar başqalarının üstünə atılacaq, problemlər də həll olunmayacaq