2014-cü ildə Avropa və Mərkəzi Asiyadan olan 43 ölkənin qlobal sərvətdə payı 27%, dünya əhalisində payı isə 13% təşkil edib. Bu barədə Dünya Bankının açıqladığı hesabatda bildirilib.
Hesabata əsasən, həmin il Azərbaycanda adambaşına 85 341 ABŞ dolları dəyərində sərvət düşüb.
Siyahıya liderliyi Norveç (1 671 756 dollar) edib. Sonuncu yerdə isə 24 429 dollarlıq göstərici ilə Qırğızıstan qərarlaşıb.