Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun tətbiqi” barədə fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Şirkətlər bu şərtlərlə elektron qeydiyyata alınacaq – YENİ QANUN
FED.az-ın məlumatına görə, Gömrük Məcəlləsinə edilən dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi veriləcək.
Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək.
Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minir.
Bir ay sonra gömrükdə bu tələb olunacaq – FƏRMAN
21:46
28 Dek 2018