“Binəqədi Təmir Tikinti”nin səhmdarları -TOPLANIR 08:57 15 Fev 2024 “Binəqədi Təmir Tikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı 01 aprel 2024-cü il tarixində saat 09:00-da Binəqədi rayonu, 1288-ci məhəllə, 87 ünvanında keçiriləcək. "Legion Financial" - YENİ SƏHMLƏR BURAXACAQ - TOPLANTI FED.az xəbər verir ki, iclasın gündəliyində aşağıda qeyd olunan məsələlər durur: 1. Səhmdar cəmiyyətinin 2023-cu il ilin yekunlarına dair hesabatı; 2. Müəssisənin kreditor borclarının müzakirəsi; 3.“Binəqədi Təmir Tikinti” ASC-nin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi; 4. Cəmiyyətin fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi. Ümumi yığıncaqda səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (0124117221)