«Amazon»un sahibi Cef Bezosun İtaliyanın Venetsiya şəhərində keçirdiyi toy məclisi İtaliya büdcəsinə 1,12 milyard dollar pul gətirəcək.
Ceff Bezos “Amazon”un dollarlıq 2,7 milyard dollarlıq səhmlərini satıb
FED.az biznes xəbərləri portalı xəbər verir ki, «Amazon» sahibi Cef Bezos və aparıcı Loren Sançesin Venesiyadakı toy məclisi İtaliyanın turizm industriyası üçün ciddi gəlir mənbəyi olacaq. Təkcə bu hadisə büdcəyə 1,12 milyard dollar fayda verəcək.
Doğrudur, rəsmi rəqəmlərə əsasən, toy məclisi cəmi 47-50 milyon dollara başa gəlib. Bundan 33,3 milyon dollar qonaqlar üçün otellərdəki nömrələrə, 20 milyon dollar isə nəqliyyat xərclərinə sərf edilib.
Amma İtaliyanın turizm nazirliyi bildirib ki, məclisin mətbuatda işıqlandırılması və tədbir üçün əlavə xərclər büdcəyə əlavə 1 milyard dollar gətirəcək.
Xatıroadaq ki, toy məclisinə 200 ulduz və biznes elita nümaynədələri dəvət edilib. Onların arasında ABŞ prezidentinin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner, məşhur teleaparıcı Opra Uinfri, «Microsoft»un sahibi Bill Qeyts, aktfor Leonardo Di Kaprio və başqaları olub.
Xatırladaq ki, Bezos bundan əvvəlki həyat yoldaşı ilə ayrılanda ona 35 milyard dollar kompensasiya ödəmişdi.