Prezident İlham Əliyev bəzi yerli məmurları iş adamlarına problemlər yaratmaqda və onların gəlirlərinə göz dikməkdə ittiham edib.
«İdeal»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV
FED.az xəbər verir ki, İmişli və Ağstafa rayonlarının yeni təyin edilmiş icra başçılarını qəbul edərkən dövlət başçısı deyib ki, bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. «Hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər».
Dövlət başçısı bunun yolverilməz olduğunu bildirib: «Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol vermək olmaz».