Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından biri Azərbaycana birbaşa sifariş funksiyasına məhdudiyyətlər tətbiq edir.
“Trendyol” sifarişləri Azərbaycanda evlərə - TƏSLİM ETMƏYƏ BAŞLADI
FED.az xəbər verir ki, sözügedən platformadan digər karqo şirkətləri ilə sifariş etdikdə istənilən məhsulu gətirmək mümkündür. Ancaq həmin platformanın Azərbaycan nümayəndəliyi vasitəsilə bəzi brend geyimlər, mebel, ağır çəkili məişət əşyaları və maye məhsullarının daşınması qadağandır.
İqtisadçı Rəşad Həsənov bunun səbəbini müxtəlif amillərlə əlaqələndirir.
Onun sözlərinə görə, sözügedən alış-veriş platformasının Azərbaycan nümayəndəliyi bütün növ karqolara sabit qiymət təyin edib. Bu da vətəndaşların cibinə sərf edir. Digər karqo şirkətlərində isə qiymətlər gətirilən malın çəkisinə uyğun olaraq dəyişir. Həmin şirkətlər vasitəsilə ölkəmizə böyük ölçülü əşyalar sifariş etmək də baha başa gəlir. Ekspert deyir ki, birbaşa daşınma üzərindən bəzi məhdudiyyətlər götürülərsə, digər karqo şirkətləri də qiymətlərində dəyişiklik edə bilərlər.
Söügedən platformadan Azərbaycana birbaşa daşımanı təmin edən yeganə karqo şirkətinin Departament rəhbəri Pərviz Əzimov isə bildirir ki, məhdudiyyətlərin tətbiqi onlayn satış platformasının daxili məsələsidir və daşıma şirkətinə aidiyyəti yoxdur.
Pərviz Əzimov onu da vurğulayıb ki, gələcəkdə ölkəyə birbaşa daşınmasına icazə verilən brendlərin və məhsulların çeşidlərinin artacağı gözlənilir. (Xezerxeber.az)