Tezliklə dünyadakı məşhurlar öz klonlarından da pul qazana biləcəklər. FED.az xəbər verir ki, bir qədər əvvəl ABŞ-ın «Genies» şirkəti məşhurların avatarlarının idarə olunması üzrə rəqəmsal agentlik yaradıb. Sözügedən şirkət bu sahədə böyük yeniliyin başlanğıcını qoyub və özünü dünyada ilk rəqəmsal insan irqinin yaradıcısı elan edib.
«Avatar iqtisadiyyatı» sürətlə yüksəlir
Nəzəri olaraq məşhurlar, hansı ki, sponsorlardan byöük pullar alırlar, əslində eyni vaxtda iki yerdə olmaqla, ikiqat qazana bilərlər. «Genies» də bəyan edir ki, həmin şəxslərə belə imkan yaratmağa hazırdır – «onlar özlərinin ikinci «Mən»in idə idarə edə biləcəklər»-deyə şirkət bildirir.
«Fərqi yoxdur ki, sizin əsas hissəniz hardadır – kortda, studiyada və sair – «Genie» sizin ola bilmədiyiniz yerdə sizin şəxsiyyətinizi təmsil etməyə hazırdır». – deyə şirkət göstərdiyi xidmətin detallarını açıqlayır.
Və bu proses artıq başlanıb. Hazırda «Genies» bir sıra məşhurların avatarlarını idarə edir. Onların arasında DJ Khaled, Russell Westbrook, Steve Aoki (biz də adlarını ilk dəfə eşidirik – FED.az) və başqaları var. «Genies» onların rəqəmsal klonlarını idarə edir.
Ən maraqlısı odur ki, bu ideya və şirkət əvvəlcə tamamilə fərqli məqsəd üçün yaradılmışdı. «Avatar agentlik» əvvəlcə xəbər tətbiqi kimi yaradılmışdı. Burada xəbərləri avaarlar oxyur, gündəm xəbərləri avatarlar vasitəsilə təqdim edilirdi.
Amma sonradan şirkət başa düşdü ki, məşhurları öz brendlərini yaratmağa kömək etməklə daha çox pul qazana bilər.
Avatarlarla fantaziyaların həddi hüdudu yoxdur. Bu variantda insanlar istənilən brendlərdən istifadə edir. Və onların həmin brendlərə rəğbəti yaranır. Nəticədə həmin şəxslər real həyatda da bu brendlərə üstünlük verməyə başlayırlar.
Bəs avatarlar kimə məxsus olacaqlar
Doğrudan da bu məsələ hələ açıqdır – avatarın sifəti məşhur şəxsin, idarəetməsi isə «Genies»in əlindədirsə, avatarların sahibi kimdir?
Şirkət hələlik bu məsələyə toxunmur, əvəzində bəyan eir ki, bizim fiziki və rəqəmsal dünyalarımız arasında sərhədlərin sürətlə silindiyi bir vaxtda hər bir şəxsin özünü təqdim etməsi üçün avatara ehtiyacı var
Hazırda bu sahəni, yəni avatarlara olan hüquqları tənzmləyən, qanun yoxdur. «Genies» bildirir ki, bu vəziyyət problem yaradır, çünki boşluq imkan verir ki, insanın avatarından onun icazəsi olmadan istifadə edilsin.
Bəs sizin avatarınız var? –DÜNYADA YENİ BİZNES BAŞLAYIB
18:03
16 İyul 2019