“Bərdə-Ticarət” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 7 iyul 2021-ci il saat 12.00-da Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 5 nömrəli ünvanda ASC-nin inzibati binasında keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2020-ci ilin illik (emitentin hesabatı) hesabatı barədə.
2. Cəmiyyətin 2020-ci ilin maliyyə hesabatı barədə.
3. Digər məsələlər.
Səhmdarlar növbəti illik ümumi yığıncağın materiallıarı ilə tanışlıq və iclasda iştirak üçün online qaydada 051-657-57-50 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər.