24 iyun 2025-ci il tarixində, saat 12:00-da “Bərdə Broyler” ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcək.
Onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilib.
FED.az xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. “Bərdə Broyler” ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;
II. “Bərdə Broyler” ASC tərəfindən 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında;
III. “Bərdə Broyler” ASC ilə “Azerbaijan Poultry Company” MMC arasında bağlanmış İcarə müqaviləsinə dəyişiklik edilməsi haqqında;
IV. Digər məsələlər.