Banner

Biznes

Belarus prezidenti azərbaycanlı iş adamına - ORDEN VERDİ

Belarus prezidenti azərbaycanlı iş adamına - ORDEN VERDİ | FED.az
12:40 24 Noy 2019

Belarus Respublikası Prezidentinin fərmanı ilə “Ulu Göyçə” tikinti-investisiya şirkətinin direktoru Vasif İsmayılov bu ölkənin Fəxri ordeni ilə təltif edilib.

Eləcə də bax: Qəzada vəfat edən iş adamı – ƏLİŞAH SÜLEYMANOV KİM İDİ?

Belarus Respublikasının Bakıdakı səfirliyindən bildiriblər ki, azərbaycanlı biznesmen bu yüksək dövlət mükafatına Belarus ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına sanballı şəxsi töhfəsinə görə layiq görülüb.

Eləcə də bax: Azərbaycanın məşhur iş adamı - BANKDAN ÜZR İSTƏYƏCƏK – MƏHKƏMƏ QƏRARI

Vasif İsmayılov ofis-işgüzar, ticarət-əyləncə və çoxfunksiyalı mərkəzlərin yaradılması, mənzil tikintisi sahəsində böyük investor və uğurlu biznesmen kimi tanınıb. 2019-cu ilin mayında ona “Mogilyovşinada ilin adamı” fəxri adı verilib, elə həmin ilin iyulunda o, illik “İş adamı” müsabiqəsinin “Belarus bazarında xarici markanın yüksək standartının dəstəklənməsinə görə” nominasiyasında laureatı olub.

Eləcə də bax: Azərbaycanlı iş adamı - KOLUMBİYADA BİZNES QURUB

O, Minskdə, Mayakovski və Aranski küçələrinin kəsişməsində inşa edilmiş, Azərbaycan Ticarət Evinin yerləşdiyi çoxfunksiyalı kompleksin - “Abşeron” biznes mərkəzinin, habelə Mogilyov şəhərində çoxfunksiyalı kompleksin və s. investorlarından biridir. 2013-cü ildə onun başçılıq etdiyi şirkət Belarusun Azərbaycandakı səfirliyinin binasını inşa edib.

Digər xəbərlər

Banner