Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 158 milyon ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Azərbaycana Belarusdan idxal 141 milyon 52 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 17 milyon 304 min dollar təşkil edib.
Eləcə də bax: Azərbaycan ilə Belarus 146 milyon dollarlıq - TİCARƏT ƏMƏLİYYATLARI APARIB
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.
Azərtac