Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Nov Brandt Oilfield Services Middle East LLC” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Sharjah şəhərində yerləşən Nov Brandt Oilfield Services Middle East MMC 1994-cü ildə yaradılmış Özəl Məhdud Şirkətdir. Təşkilat Neft Avadanlıqları və Xidmətləri sektorunda fəaliyyət göstərir.