Biznes

«Bazarstore» 28 May ərazisində - YENİ MARKET AÇIR

«Bazarstore» 28 May ərazisində - YENİ MARKET AÇIR | FED.az
09:31 19 Sen 2020

Azərbaycanın aparıcı marketlər şəbəkələrindən olan «Bazarstore» 28 May metrosu ətrafında iri market açvmağı planlaşdırır.

Eləcə də bax: Tanınmış şəbəkənin 63-cü supermarketi açıldı

FED.az xəbər verir ki, artıq bunun üçün yer də müəyyən edilib.  Yeni market Azadlıq Prospekti, Ruhulla Axundov və V.Plotnikov küçələrinin kəsişməsində yerləşəcək. Bu «28 Mall»dan təqribən bir tin yuxarıda yerləşir.

«Bazarstore»nin 28 May ərazisində yeni market açması ona görə diqqəti cəlb edir ki, son vaxtlara qədər bu şəbəkənin əsas marketlərindən biri «28 Mall»da yerləşirdi. Amma bir qədər əvvəl həmin market buradan çıxarılıb və onu «Bravo» marketi əvəz edib. 

Digər xəbərlər

Banner