Dağıstanın "Batır-broyler" şirkəti quş əti istehsalı və emalının genişləndirilməsi layihəsinin həyata keçirilməsinə 786 milyon rubl yönəltmək niyyətindədir.
Eləcə də bax: Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac - 9%-DƏK AZALIB
FED.az xəbər verir ki, bu barədə Dağıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin saytında məlumat verilir.
Yeni istehsal gücü ildə 12 min ton məhsul təşkil edəcək.
Müəssisə quşçuluq məhsullarının ixracını inkişaf etdirmək niyyətindədir. Bununla əlaqədar Azərbaycan, Qırğızıstan və Çindən olan tərəfdaşlarla danışıqlar aparılır.(İnterfaks)