"Azercell Telecom" MMC-nin Strategiya və İnnovasiya Departamentinin və Barama İnnovasiya Mərkəzinin rəhbəri İmran Bağırov vəzifəsindən ayrılıb. FED.az xəbər verir ki, bu barədə o, özü məlumat paylaşıb.
“Bugündən etibarən 12 ildən çox işlədiyim “Azercell” şirkətindən, həm də Barama İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsindən öz istəyimlə ayrılıram. Bunu əslində uzun müddət idi ki, gözləyirdim. Barama idarəetmə olaraq İnnovasiya Agentliyinin idarəsinə keçir, lakin brend olaraq "Azercell"in adı ilə qalacaq. Ayrılmağımın səbəbi isə innovasiyanın inkişafı mövzusunda olan baxışlarımızın fərqli olması və həyatımın bu anında korporativ mühitdən uzaqlaşıb azad biznes, innovasiya aləminə tam şəkildə daxil olmaq arzumdur. Bəli, böyük arzular və planlar var, özümə yeni dönəmdə yeni hədəflər qoymuşam. Yenə də innovasiya və texnologiya sahəsində gözəl ölkəm üçün çalışacağam”, - deyə o qeyd edib.
"Barama" İnnovasiya Mərkəzinin rəhbəri - VƏZİFƏSİNDƏN AYRILIB
21:16
8 İyul 2019