“Azər Türk Bank” ASC-ni tərk edən Rəşad İbrahimovun yeni təyinat aldığı iş yerinin adı məlum olub.
FED.az xəbər verir ki, R.İbrahimov, Azərbaycanda fəaliyyət göstərən yükdaşıma şirkəti olan “Cargo.az” MMC-yə baş direktor təyin olunub. Bu barədə o sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, İbrahimov cari ilin iyul ayına qədər “Azər Türk Bank”da Layihələrin İdarəolunması Ofisinə rəhbərlik edirdi.
Məlumat üçün bildirək ki, Rəşad İbrahimov PMO Global Alliance tərəfindən keçirilən 2019 PMO Global Awards beynəlxalq yarışmanın münsiflər heyətinin üzvüdür. Eyni zamanda cari ilin aprel ayında Rusiya Federasiyasında keçirilən "Layihə rəhbəri 2019" (Проектныйруководитель.рф) yarışmasının yüksək nəticələrlə finalçısı olub. O yüksək profesional siyahısında yer alan 20 nəfərdən biridir.