Xəbər verildiyi kimi, Azərbaycanda növbəti – 5-ci «Yüksəliş» müsabiqəsi başa çatıb və qalibləri məlum olub.
Azərbaycan “Albayrak Holdinq”lə əməkdaşlıq imkanlarını müzakirə edib
FED.az xəbər verir ki, final mərhələsində 124 iştirakçı arasından ən yüksək nəticə göstərən 20 nəfər qalib elan olunub. Builki yüksəliş qaliblərinin yaş həddi 24-dən 39-dək dəyişir. Onlardan 43%-i dövlət, 57%-i isə özəl sektorda çalışır.
Ən çox məzunu qalib olan universitet sıralamasında ADNSU (7 məzun) birinci,UNEC (5 məzun), DİA(5 məzun), ADA(4 məzun) , BDU(3 məzun) növbəti yerlərdədi. Eyni zamanda AMİU, BMU, Xəzər Universitetinin də hər birinin iki məzunu qaliblər sırasındadı. Qaliblər arasında yeganə həkim Tibb Universiteti məzunudur.
Bundan başqa, 20 qalibdən 14-ü Bakıda qalanları bölgələrdə yaşayır. Digər tərəfdən, 20 qalibdən 19-u kişi, 1-i qadındır.
Müsabiqənin qaliblərinə bir illik fərdi inkişaf proqramı və 20 min manat məbləğində pul mükafatı təqdim ediləcək.
Beşinci mövsümün qalibləri aşağıdakılardır:
-
Ələsgərov Kamran Tahir oğlu – «Bp» şirkətində qazma qurğusu üzrə baş mühəndis
-
Mustafayev Fərid Vüsal oğlu – Azərbaycan Respublikasının Mərkəzi Bankında model risklərinin idarə edilməsi şöbəsinin rəisi
-
Sadıxlı Kamran Tahir oğlu – Dövlət Şəhərsalma və Arxitektura Komitəsində iqtisadiyyat və strateji planlama şöbəsinin strateji planlaşdırma sektorunun müdiri
-
Məmmədov İbrahim Allahverdi oğlu – «Tabaterra Leaf» MMC-də maliyyə və mühasibatlıq şöbəsinin müdiri
-
Balacanov Məmməd Şahrəddin oğlu – «EY (Ernst & Young) Azərbaycan» şirkətində direktor/hüquq xidmətlərinin rəhbəri
-
Həsənov Məmməd İslam oğlu – «Kapital Bank» ASC-də pərakəndə risk texnologiyaları sahəsinin məhsul sahibi
-
Daşdiyev Qoşqar Ramiz oğlu – «Kapital Bank» ASC-də birbaşa satış və xidmət şöbəsinin meneceri
-
Həsənverdiyev Şəhriyar Ələkbər oğlu – «PAŞA Property Management» şirkətində təchizatın idarəedilməsi və daxili nəzarət üzrə icraçı direktor
-
Kərimli Əli İdrak oğlu – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qrup rəhbəri
-
Mirzəzadə Elnur Ceyhun oğlu – «CBC Global» MMC-də rəqəmsal layihə meneceri
-
Nağıyev Orxan Mayıl oğlu – «Azergold» QSC-də müdir müavini
-
Hüseynov Numrəddin İlham oğlu – «Bakcell» MMC-də marketinq ünsiyyət vasitələri üzrə bölmə rəhbəri
-
Hüseynli Mirqəni Mir Kamal oğlu – Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) aparıcı müştəri mühəndisi
-
Ağayev Əliağa Əlifağa oğlu – «ExxonMobil» Macarıstan şirkətində maliyyə hesabatlarının bağlanışı, konsolidasiyası və xarici hesabatlılıq üzrə maliyyə rəhbəri
-
Hüseynzadə Ramil Mahmud oğlu – Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin poliklinikasının rəisi
-
Xəlilov Toğrul Mehman oğlu – «KapitalBank» ASC-də satış kanalları departamentinin direktoru
-
Eyyub Fatimə Elçin qızı – Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi
-
Məmmədli Elnur Yasin oğlu – Rəqəmsal transformasiya üzrə müstəqil konsultant
-
Hüseynov Fərid Şahin oğlu – «Azərbaycan Hava Yolları» QSC-də daxili və xarici kommunikasiyalar şöbəsinin rəisi
-
Əsgərxanlı İrşad Natiq oğlu – «Agro Food intestment» MMC-də daxili audit icraçı direktoru