Biznes

Bananın ölkəyə gətirilməsi qiyməti - AÇIQLANDI

Bananın ölkəyə gətirilməsi qiyməti - AÇIQLANDI | FED.az
15:20 20 Avq 2018

 İlin birinci yarısında Azərbaycana 18,3 min ton banan gətirilib. Bu, 2017-ci ilin eyni dövründəkindən 40% çoxdur, deyə Dövlət Statistika Komitəsindən məlumat verilib.

FED.az xəbər verir ki, banan idxalı tədarükçülərə 13,3 milyon dollara başa gəlib. Eyni zamanda, Azərbaycan gömrüyündə bu meyvənin bir kiloqramının qiyməti 72,8 sent olub. Bu, 2017-ci ilin ilk yarısına nisbətən 4,9 faiz azdır.


Turan.az

Digər xəbərlər