Azərbaycanda banan daha da bahalaşıb. Belə ki, bananın bir kiloqramının qiyməti 3 manatı keçib. Bir neçə tanınmış supermarket artıq banan satışını dayandırıb.
FED.az xəbər verir ki, 2021-ci ilin sonlarına yaxın bir kiloqramı təxminən 1,80 manata satılan banan, ilin sonunda 2 - 2.10 manatadək bahalaşmışdı. Bu ilin yanvar ayında isə bananın qiyməti 2.79 manata qaldırılmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kiloqramı 3 - 3,10 manata satılır. Bəzi marketlər və sartış mərkəzləri bananı ötən gün aldıqları üçün 2,79 manata satırlar.
Hazırda tanınmış supermarketlərin bir çoxunda satışda banan yoxdur. Supermarketlər banan alışında çətinliklər olduğunu bildirirlər.
Son 3 ayda bananın qiyməti 70%-dən çox artıb. (marja.az)