Danimarkanın "Carlsberg Group" pivə şirkəti Rusiyanın "Baltika" şirkətinə Rusiya şirkətinə beynəlxalq və regional brendlər də daxil olmaqla, bütün «Carlsberg» məhsullarının istehsalı və satışına icazə verən lisenziyanı ləğv edib.
FED.az xəbər verirki, bu barədə şirkət özü məlumat yayıb.
«Biz «Baltika» pivə istehsalı şirkətinə beynəlxalq və regional brendlər də daxil olmaqla bütün «Carlsberg Group» məhsullarını istehsal etmək, tanıtmaq və satmaq imkanı verən lisenziyanı ləğv etmişik» - deyə məlumatda qeyd olunub.
«Carlsberg Group» izah edir ki, lisenziyanın ləğv edilməsi Rusiya prezidenti Putinin fərmanına cavabdır.
Qeyd edək ki, iyulun 16-da Rusiya prezidenti Vladimir Putin «Baltika» pivə istehsalı şirkətində xarici sahiblərin payının müvəqqəti idarəçiliyə verilməsi haqqında fərman imzalayıb. Bu şirkətin də sahibi «Carlsberg»dir.
«Carlsberg» elan edib ki, hələ bir neçə ay «Baltika» onun məhsullarını buraxmaqda davam edəcək, amma bu proses aprelin 1-dən başa çatacaq.
«2024-cü il aprelin 1-dək davam edəcək məhdud ikinci dövr olacaq və bu müddət ərzində "Baltika" mövcud ehtiyatları və materialları istifadə edə biləcək», - deyə Karlsberq mətbuata açıqlamasında bildirib.