Təşkilatın adı: BakuBus MMC
Bildirişin mətni: Bildiriş: Sığorta xidmətlərinin satınalınması “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Sığorta xidmətlərinin satınalınması məqsədi ilə 17 yanvar 2018-ci il tarixində “Respublika” qəzetində və www.tender.gov.az saytında Lot 1 - Baku Bus MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası xidməti; Lot 2 - Baku Bus MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası xidməti; Lot 3 - Baku Bus MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında və Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında olan Əmlakın (mebel, texnika və avadanlıq) Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası xidməti; Lot 4 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) depo və dayanacaq məntəqələrində saxlanılması zamanı Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası xidməti; Lot 5 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası xidməti; Lot 6 - Baku Bus MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomibillərinin Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası xidməti; Lot 7 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti və Lot 8 - Baku Bus MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomobillərinin Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti ilə bağlı açıq tenderin keçirilməsi üçün verdiyi elan üzrə tender təklifi və bank təminatınının təqdim olunma tarixlərini həmçinin təkliflərin açılma tarixini aşağıdakı tarixlərədək uzadır. Tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 05 mart 2018-ci il 11:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin açılışı isə 06 mart 2018-ci il 11:00 tarixinədək uzadılmışdır.
Tarix: 2018-02-27, 17:22
Əlaqələndirici şəxs: Ramiq Zeynalov
Əlaqə üçün telefon: (012) 404-11-10
Əlaqə üçün email ünvanı: [email protected]
BakuBus MMC - Kotirovka sorğusu
17:08
28 Fev 2018