"Baku Steel Company”nin istehsalı dayandırdığı bildirilir
Eləcə də bax: «Baku Steel Company» - İKİQAT GERİLƏYİB – MƏBLƏĞ
Paytaxtın ən iri poladəritmə istehlakçısı olan «Baku Steel Company» zavodunda istehsal dayandırılıb.
Eləcə də bax: Bu ay 33 şirkət fəaliyyətini dayandırıb – SİYAHI
FED.az «Unikal.org»a istinadən xəbər verir ki, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodda 4 gündür ki, istehsal prosesi dayandırılıb.
«Bir müddət öncə isə R. Məmmədov Azərbaycandan milyardlarla dollar vəsaitini çıxardaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açıb. Qeyd edək ki, ona bu işlərdə türk ortağı kömək edib»-deyə bildirilir.
Xatırladaq ki, «Baku Steel Company» poladəritmə zavodu 2001-ci ildən eyni adla müxtəlif çeşidli məhsullar istehsal edir.
Bununla yanaşı, son vaxtlar «Baku Steel Company»nin fəaliyyətində qeyri-sabitlik müşahidə olunur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu il üzrə hazırladığı İxrac İcmalında bildirilir ki, 2019-cu ilin nəticələrinə görə, şirkət xaricə 28 milyon dollarlıq məhsul ixrac edib. Halbuki, 2018-ci ildə bu göstərici 57,6 milyon dollar idi. Zavodda bu məlumatları şərh etmək istəməyiblər.
FED.az yayılan məlumatla bağlı «Baku Steel Company»yə müraciət etsə də, cavab almaq mümkün olmayıb.