“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib.
Eləcə də bax: “Baku Steel Company”dəki ölüm hadisəsi ilə bağlı - Cinayət İşi Başlanıldı
FED.az xəbər verir ki, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.
MMC-dən bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:
“İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddır. Bu baxımdan təhlükəsizlik tələblərinə tam əməl olunmaqla, zavod fəaliyyətini normal qaydada davam etdirir”. (Report)